Logo

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

Sfera.az bildirir ki, festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb. Bu ilki festival çərçivəsində həmçinin ilk dəfə olaraq "Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq.

Xatırladaq ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR