Logo

Bakıdan yola düşən qatarda DOĞUŞ: həkimlərin bacarmadığını bələdçilər etdi - FOTOLAR

Bakıdan yola düşən qatarda DOĞUŞ: həkimlərin bacarmadığını bələdçilər etdi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən qatar rəisi İlhamə Bağırova və 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər.

 "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, sərnişin bir oğlan övladı dünyaya gətirib.

Volqoqrad stansiyasında "Təcili yardım” çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.

"Təcili yardım” briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər./xezerxeber/

Vaqonda DOĞUŞ: həkimlərin bacarmadığını bələdçilər etdi - FOTOLAR
  Vaqonda DOĞUŞ: həkimlərin bacarmadığını bələdçilər etdi - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR