Logo

“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib - VİDEO

“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən "Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR