Logo

“O yaramaz abidə götürülməlidir” – Razi Nurullayev

“O yaramaz abidə götürülməlidir” – Razi Nurullayev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənilər Rusiyanın Samara şəhərində "Artsax müharibəsində həlak olanlara əbədi xatirə" adlı abidə ucaldıblar.

Sfera.az bildirir ki, bu barədə deputat Razi Nurullayev məlumat verib. Millət vəkili Samarada yaşayan azərbaycanlıların, diaspora təşkilatlarının buna etiraz etdiyini qeyd edib:

"Məsələ ilə bağlı göndərilən məktuba gələn rəsmi cavab isə budur ki, şəxsi adam qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur. Əgər belədirsə, biz də Bakının mərkəzində Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq, Dağıstanda və Çeçenistanda öldürülən və Rusiyanın ekstremist, terrorçu adlandırdığı adamlara abidə ucaldaq və deyək ki, kiminsə ürəyi yanıb və öz şəxsi pulu ilə edib. Rusiyaya səslənirəm ki, bu xoşunuza gələr?”.

R.Nurullayev bildirib ki,  səfirlik və Diaspora komitəsi bununla bağlı rəsmi şəkildə Rusiya hakimiyyətinə etirazını bildirməlidir: "Mən də bir deputat kimi Rusiya tərəfindən o yaramaz abidənin götürülməsini tələb edirəm”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR