Logo

Azərbaycanda hər üç nikahdan biri boşanma ilə nəticələnir

Azərbaycanda hər üç nikahdan biri boşanma ilə nəticələnir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda nikahların və boşanmaların sayı xeyli dərəcədə artıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 7 ayında 30 289 nikah, 9 692 boşanma olub. Ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 48,6 faiz, boşanmaların sayı 21,4 faiz artıb.

Artımdan sonra əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 5,2-yə, boşanma sayı 1,7-yə yüksəlib.

Rəsmi məlumatlardan aydın olur ki, ölkəmizdə hər 3 nikaha 1 boşanma faktı düşür.

Xatırladaq ki, ötən ilin ilk 7 ayında 2,5 nikah faktına bir boşanma düşürdü. Bu il nikahların sayının artması nisbətin böyüməsinə səbəb olub.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR