Logo

ANAMA minatəmizləmə barədə məlumat yaydı

ANAMA minatəmizləmə barədə məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sentyabrın 6-dan 11-dək 293 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Sfera.az xəbər verir ki,  bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında qeyd olunur ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 piyada əleyhinə mina, 30 tank əleyhinə mina və 109 partlamamış hərbi sursat aşkarlanıb.

ANAMA minatəmizləmə barədə məlumat yaydı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR