Bakı Avtovağzalında vaksinasiya məntəqəsi təşkil olundu
Kateqoriya məlum deyil
Bakı Beynəlxalq Avtovağzal Kompleksində vaksinasiya məntəqəsi təşkil olunub.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, regionlarda peyvəndin 1-ci dozasını qəbul etmiş sərnişinlər 2-ci dozanın müddəti çatdığı zaman müəyyən səbəblərdən Bakı Avtovağzalında olarsa, buradakı vaksinasiya məntəqəsindən istifadə edə bilərlər.
Məntəqə lazımi şəraitlə təchiz olunub.






