Logo

Heyvanlara zor tətbiq etməyə görə hansı cəza nəzərdə tutulub? - Açıqlama

Heyvanlara zor tətbiq etməyə görə hansı cəza nəzərdə tutulub? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün sosial şəbəkələrdə sahibsiz itin su kanalna atılması ilə bağlı görüntülər yayılıb.

Baş vermiş olay ciddi narazılıq doğurub və geniş müzakirələrə səbəb olub. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Hikmət Əlizadə isə bildirib ki, hazırda hadisənin harada baş verməsi və  təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Təəssüf ki, bu hadisə ilk deyil. Son zamanlar heyvanlarla yanlış rəftar, onlara qarşı şiddətlə bağlı informasiyaların artdığı müşahidə edilir. Bəs qanunvericilik nə deyir? Heyvanlara zor tətbiq edənləri, rəhmsiz davranış sərgiləyənləri hansısa cəzalar gözləyirmi?

Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a açıqlamasında heyvan hüquqları ilə bağlı məsuliyyətin ağırlaşdırılmalı olduğunu deyib:

"İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulub. Eyni zamanda "Ev heyvanlarının mühafizəsi haqqında" 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyası Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib. Həmin Konvensiyanın 3.1-ci maddəsinə əsasən, heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən isə heyvanlarla rəhmsizcəsinə davranılması nəticəsində onların şikəst və ya tələf edilməsi məsuliyyətə səbəb olur”.

Müsahibimiz bildirib ki, ümumiyyətlə, Azərbaycanda heyvan hüquqları yetərli səviyyədə qorunmur:

"Bu baxımdan düşünürəm ki, heyvan hüquqlarının müdafiəsi sahəsində həm qanunvericilik aktlarına dəyişiklik edilərək bu sahədə məsuliyyətin dərəcəsi ağırlaşdırılmalı, cərimənin məbləği artırılmalı, həm də əməli-maarifləndirici tədbirlər gücləndirilməlidir. Digər tərəfdən ölkəmizdə Avropa və Amerikada olduğu kimi uşaqlara heyvan sevgisi kiçik yaşlarından aşılanmır. Halbuki, hər bir valideyn uşağına kiçik yaşlarından heyvanların pis olmadığını, onların zərərsiz və məsum olduğunu aşılamalı və onlara qarşı uşaqlarının qəlbində sevgi yaratmalıdır”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR