Bu gün nə qədər peyvənd vurulub?
Kateqoriya məlum deyil
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 386 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə isə 3 102 902 nəfər təşkil edir.






