Qarabağda daha iki erməni hərbçisinin meyitinin qalıqları tapıldı
Kateqoriya məlum deyil
44 günlük müharibə zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Suqoşuvan istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 662-yə çatıb.






