Logo

OPEK prezidenti təcili toplantı çağırdı - Neftin qiymətiylə bağlı

OPEK prezidenti təcili toplantı çağırdı - Neftin qiymətiylə bağlı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Neftin qiymətinin 31 dollara düşməsindən sonra Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) martda təcili planlaşmamış toplantı keçirmək niyyətindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, OPEK prezidenti və Nigeriya neft naziri neftin qiymətindəki son rəqəmlərlə bağlı 2 ölkənin təcili toplantı keçirilməsini istədiyini açıqlayıb. Nazir toplantıda neft qiymətlərinin müzakirə ediləcəyini açıqlayıb.

OPEK prezidenti isə bildirib ki, enerji daşıyıcılarının qiyməti artıq o həddə düşüb ki, görüş qaçılmazdır.

Qeyd edək ki, bu gündünyada Brent markalı neft ilk dəfə olaraq 2004-cü ilin fevralından bəri psixoloji baryerdən aşağı – 31 dollara düşüb. ABŞ-ın da öz neftini Şimali Avropa ölkələrinə ixrac etmək istəməsi isə enerjidaşıyıcılarının qiymətinin bir qədər də düşməsinə səbəb ola bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR