Logo

AZAL-dan açıqlama - Türkiyəyə reyslər...

AZAL-dan açıqlama - Türkiyəyə reyslər...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədəki terror hadisəsi ilə bağlı ötən gün axşamdan Azərbaycanın Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejiminə keçib.

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənskinin verdiyi məlumata görə, Atatürk hava limanından Bakıya uçuş yerinə yetirməli olan təyyarənin bu gün saat 13:00-da İstanbuldan yola düşməsi planlaşdırılıb. Artıq Atatürk hava limanı öz fəaliyyətini bərpa edib. Bu gün AZAL-a məxsus təyyarə Atatürk hava limanına uçuş həyata keçirib: "08:45-də bizim təyyarə cədvələ uyğun olaraq İstanbul hava limanına uçub. Cədvələ uyğun həmin təyyarənin 13:20-də qayıtması gözlənilir.
Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 23:30-da AZAL-a məxsus təyyarə İstanbul Atatürk Hava Limanından Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Sərnişinlər tamamilə qeydiyyatdan keçsələr də, partlayış baş verdiyindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL-a məxsus təyyarə də havaya qalxa bilməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR