Logo

Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI

Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyaya gedən və pandemiya səbəbindən ölkəyə qayıda bilməyən soydaşlarımızın daha bir dəstəsi Azərbaycana buraxılıb. 

Sfera.az xəbər verir ki, Azərbaycan -Rusiya sərhədində yerləşən Qusarın Samur keçid məntəqəsində Azərbaycan vətəndaşları ən əvvəl sərhədçilərimiz tərəfindən yoxlanılaraq əraziyə daxil olub.

TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası ölkəyə gələn Azərbaycan vətəndaşlarından Covid-19 -qarşı test nümunəsi götürüblər.

Qeyd edək ki, Test edilən şəxslər bir günlük karantinə alınıblar. Test nümunəsinin cavabı pozitiv çıxanlar Quba regional Covid-19 xəstəxanasına yerləşdiriləcək, nəticəsi neqativ çıxanlar isə gedəcəkləri ünvana yola salınacaqlar.

Məlumata görə, sentyabrın 7-də 113, bu gün isə 120 nəfər Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR