Səyyaf Quliyevlə bağlı xəbər təkzib olundu
Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 31, mənzil 45 ünvanında qeydiyyatda olan, Az.DRES ərazisində bağ evində yaşayan Quliyev Səyyaf Pənah oğlu haqqında "Unikal.org” informasiya portalında gedən xəbərlə əlaqədar bildiririk ki, Səyyaf Quliyev Birinci Qarabağ müharibəsində şəhid olmuş Pənah Quliyevin oğludur. O, əvvəllər dörd qardaşı ilə birlikdə 4 otaqlı ata evində yaşamışdır. Anası rəhmətə gedəndən sonra yaşadıqları evi satıb 5 qardaş arasında pay bölgüsü ediblər. S.Quliyev yataqxanada qeydiyyatda olmaqla özünə bağ evində bir otaqlı mənzil tikdirib və orada yaşayır.
O, 1995-1997-ci illərdə Azərbaycan DRES-nin 1 №-li Qazan Turbin sexində nəzarətçi maşinist, 1997-1999-cu illərdə "Azərenerji” ASC-nin xüsusiləşdirilmiş təmit-quraşdırma müəssisəsində çilingər, 2010-cu ilin may ayından avqust ayınadək "ACCORD İnşaat Sənaye” ASC Mİngəçevir Maşınqayırma zavodunda kran maşinisti işləmişdir. 23.04.2019-cu il tarixdən Məşğulluq Mərkəzinin xətti ilə "Azərbaycan İES” MMC-nin "Müvəqqəti işlərə cəlb olunanlarla iş şöbəsi”nə fəhlə kimi işə qəbul edilmiş və 30.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən işdən azad edilmişdir.
01 yanvar 2021-ci il tarixdən ictimai işlərin təşkili üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Dost İş Mərkəzi”ndə ictimai işlərə cəlb edilmiş və 09.03.2021-ci il tarixdə öz ərizəsinə əsasən (işçinin öz təşəbbüsü ilə) 69-cu maddənin 3-cü hissəsinin tələblərinə riayət etməklə işinə xitam verilmişdir.
Səyyaf Quliyev 07.09.2021-ci il tarixdə şəhər İcra Hakimiyyətinə dəvət edilmiş və onunla söhbət aparılmışdır. Söhbət zamanı məlum olmuşdur ki, o, üç uşaq atasıdır. Həyat yoldaşı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində süpürgəçi işləyir. O, bir müddət əvvəl 20 saylı Ərazi Məşğulluq Mərkəzində olmuş və ona özünüməşğulluq proqramı çərçivəsində iş təklif edilsə də ondan imtina etmişdir və 01.09.2021-ci il tarixdə intihara cəhd etmişdir. S.Quliyev söhbət zamanı yalnız "Azərbaycan İES” MMC-də işləmək istədiyini bildirmişdir. Bununla əlaqədar "Azərbaycan İES” MMC-nin rəhbərliyi ilə əlaqə yaradılmış və aydınlaşdırılmışdır ki, işçilərin işə götürülıməsi "Azərenerji” ASC-nin İnsan Resursları Departamenti tərəfindən həyata keçirilir. Buna görə S.Quliyevə "Azərenerji” ASC-nin İnsan Resursları Departamentinə elektron formada ərizə ilə müraciət etməsi barədə izahat verilmişdir






