Logo

"O yerləri Allah idarə eləmir" - Aysel Əlizadə

"O yerləri Allah idarə eləmir" - Aysel Əlizadə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Spirtli içkilərə xərclənən pulların statistikasını görən kimi dünyadan başı çıxmayan "Allah adamları” tez sevinib bizə söz dürtürlər – "Heç bunu deməzsiniz, ziyarətgahlara gedən pullardan danışarsınız yalnız””.

Sfera.az bildirir ki, bunu yazıçı Aysel Əlizadə deyib. O, yenidən ziyarətgahların kiminsə obyekti olduğunu xatırladıb:

"İlk dəfə bu mövzunu konkret belə dilə gətirmişəm: Ziyarətgahlar kimlərinsə obyektləridir. Hətta nəzəri olaraq sübut edə bilərəm. O yerləri Allah idarə eləmir. Statistikaya gəldikdə, bu rəqəmlərin cəmini vurun 10-a Həcc ziyarətinə xərclənən pulları gətirin gözünüzün önünə. Yenə içki belədir ki, hamı zərərli olduğunu deyir, kimsə Allahın adıyla satmır. Siqaret satanlar üstündə qeyd edir: Ziyandır! Bütün efirlərdə görünməz edilir”.

Yazıçı qeyd edib ki, hamı bunun konkret biznes olduğunu bilir: "Gerisi insanın özünə qalır. Daha demirlər gəlin şeytana daş atın, düzələcək”.

Xatırladaq ki, sözügedən statistikaya əsasən, ötən il ərzində Azərbaycanda insanlar spirtli içkilərə 431 milyon pul xərcləyib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR