Dünya masonları bir neçə gün Bakıdakı oteldə nəyi müzakirə edib
"Bakıda mən ancaq pəncərədən küçədəki maşınları gördüm. Çoxlu danışıqlar oldu, praktiki olaraq oteldən çölə çıxmadım” - Boqdanov vesti.az-a açıqlamasında belə deyib.
Rusiya mason lojasının rəhbəri bildirib ki, danışıqların mahiyyəti Azərbaycanla bağlı olmayıb. "Çoxlu xarici qonaqlar oldu. Fürsətdən istifadə edərək Avropa və Amerika lojalarının nümayəndələri ilə danışıqlar apardım” - deyə o əlavə edib.
Masonluq fəlsəfi-etik hərəkatdır, XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlib. Masonluq ezotirik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur. Bu gün dünyada masonların və mason lojalarının konkret sayı barədə rəqəm söyləmək mümkün deyil. Belə ki, bir çox lojalar üzvləri barədə olan məlumatları məxfi saxlamağı üstün tutur. Bunlara baxmayaraq aparılan təxmini hesablamalar dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirib. İndi də qüvvədə olan mifə görə dünyanı masonlar idarə edir.






