Fərid Qayıbov millinin Portuqaliyaya məğlubiyyəti haqqında DANIŞDI
Kateqoriya məlum deyil
"Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.
Sfera.az xəbər verir ki, bunu gənclər və diman naziri Fərid Qayıbov deyib.
"Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”, - nazir vurğulayıb.
O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülüb: "Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.






