Nazir polkovniki təqaüdə göndərdi
Kateqoriya məlum deyil
Daxili İşlər Nazirliyinin idarə rəisinin müavini təqaüdə göndərilib.
Sfera.az news24.az-a istinadən xəbər verir ki, nazirliyin Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Həsənov daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
DİN Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.






