Gəncə terrorunda valideynlərini itirən Sevil: “Tələbə olmağıma sevinmirəm...”
Sfera.az xəbər verir ki, təəssüratlarını Modern.az-la bölüşən Sevil Əliyeva sağlığında ata-anasına ali məktəbə qəbul olacağına söz verdiyini bildirib.
"Əslində, tələbə olmağıma sevinmirəm. Mən bu yola valdeynlərimlə birgə çıxmışdım, onlar olmadan davam etdim. Əlbəttə, tələbə olmaq istəyirdim, söz vermişdim və buna görə qəbul olmalı idim. Kaş anamla atam bu gün yanımda olardı...
Atam diş həkimi olmağımı istəyirdi, lakin həmin qrupdakı fənləri sevmədiyim üçün diş həkimliyinə hazırlaşmadım. Sonra ikisi də "hara istəyirsən hazırlaş, sonuna kimi arxandayıq” dedilər. Qardaşım da, mən də valdeynlərimizin adına layiq övlad olmalıyıq. Qardaşımla bağlı mənim sonsuz arzularım var. Allah onu o qədər xoşbəxt etsin, elə gözəl günlər yaşasın ki, bu yaşda yaşadığı acılar az da olsa dinsin”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Sevil Əliyeva valideynlərini ötən ilin 11 oktyabrında itirib.






