Logo

Yeniyetmə qızların meyitlərinin kanalda tapılması ilə bağlı - Rəsmi açıqlama

Yeniyetmə qızların meyitlərinin kanalda tapılması ilə bağlı - Rəsmi açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Baş Prokurorluq Ağdaşda kanaldan iki yeniyetmə qızın meyitlərinin tapılması ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR