Ötən il neçə gənc daimi yaşamaq məqsədilə Azərbaycanı tərk edib?
Kateqoriya məlum deyil
2020-ci ildə daimi yaşamaq məqsədilə Azərbaycanı 282 gənc tərk edib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəmizi daimi yaşamaq üçün tərk edən gənclərin çox hissəsini qadınlar təşkil edib. Ölkəmizi tərk edən gənclər arasında qadınların sayı 174 nəfər, kişilərin sayı 108 nəfər olub.
Gənclərin daha çox hissəsi Rusiyaya gedib. Rusiyaya 146, Qazaxıstana 61, Türkiyəyə 23, Belarusa 11 gənc gedib.
Ötən il daimi yaşamaq üçün gənclərin 227-si MDB ölkələrinə, 55-i digər xarici ölkələrə üz tutub.
Vasif
Sfera.az






