Logo

Sabah bu ərazilərdə təbii qaz olmayacaq

Sabah bu ərazilərdə təbii qaz olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərinin Xəzər, Sabunçu, həmçinin Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, Azəriqaz İB-nin Təmir Tikinti İdarəsi tərəfində yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar sabah-iyunun 29-da saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrində, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbəsində, Anaşkin adlanan ərazidə, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR