Logo

Azərbaycanda məntəqə seçki komissiyaları yenidən formalaşdırılacaq

Azərbaycanda məntəqə seçki komissiyaları yenidən formalaşdırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Artıq bütün dairələr sədr və katibləri seçiblər. Bununla da DSK-ların formalaşdırılması prosesi başa çatıb. Növbəti addım isə məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır və bu proses gedir”.

Sfera.az-ın xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, MSK tərəfindən buraxılmış məntəqələrin komissiyaları və onların üzvləri məntəqə seçki komissiyaları formalaşdırılan zaman yenidən üzv seçilə bilməzlər: "MSK bunu diqqətdə saxlamalıdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR