Logo

Dövlət qulluqçularının maaşı açıqlandı

Dövlət qulluqçularının maaşı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2016-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub və onların 29,2%-ni qadınlar təşkil edib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət qulluqçularının 3,9%-i inzibati vəzifələrin ali-3-cü təsnifatları, 75,4%-i 4-7-ci təsnifatları üzrə və 20,7%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur:

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-i yerli icra başçısının müavinləri, 14,9%-i şöbə müdirləri, 11,2%-i şöbə müdirinin müavinləri, 8,5%-i sektor müdirləri, 26,6%-i baş məsləhətçilər, 4,8%-i böyük məsləhətçilər, 12,5%-i aparıcı məsləhətçilər və 20,4%-i məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,7% komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2015-ci ildə 611,9 manat təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR