Logo

Qarabağ Dirçəliş Fonduna ianə etmək üçün onlayn xidmət yaradılıb

Qarabağ Dirçəliş Fonduna ianə etmək üçün onlayn xidmət yaradılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"E-pul” onlayn xidmətlər portalında Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradılıb.

Bu barədə Sfera.az-a Qarabağ Dirçəliş Fondundan məlumat verilib. Fonda ianə etmək istəyənlər artıq "E-Pul” onlayn xidmətlər portalı vasitəsilə də bu əməliyyatı asanlıqla həyata keçirə biləcək.

İanələri "E-Pul” onlayn ödəmə sisteminin həm veb saytı, həm də mobil tətbiqi üzərindən həyata keçirmək mümkündür:

-Vebsayt

-Android tətbiqi

-iOS tətbiqi

Nəzərinizə çatdıraq ki, ianə edən zaman istifadəçidən ödəniş üçün heç bir əlavə komissiya haqqı tutulmur.

Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.

Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Qarabağ Dirçəliş Fonduna digər ödəmə vasitələri ilə ianə etmək imkanları barədə ətraflı məlumatla link vasitəsilə tanış ola bilərsiniz://qdf.gov.az/iane-et/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR