Logo

"YAŞAT"ın Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlandı

"YAŞAT"ın Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"YAŞAT" Fondunun 8110 Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub.

Bu barədə Sfera.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar Üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 2 300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6 000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

Xatırladaq ki, "YAŞAT" Fondunun yashat.gov.az portalı bu ilin yanvarın 8-də istifadəyə verilib. Həmin tarixdə həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR