Logo

İstanbulu qana boyayanın kimliyi bilindi - VİDEO, FOTO

İstanbulu qana boyayanın kimliyi bilindi - VİDEO, FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Türkiyənin İstanbul şəhərində Sultan Əhməd Meydanında partlayış törədən şəxsin kimliyi məlum olub.

ANS PRESS-in məlumatına görə, partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Terror aktını Səudiyyə Ərəbistanında doğulan 28 yaşlı Nabil Fadlı adlı terrorçunun reallaşdırdığı müəyyən edilib. Polis terrorçunun bütün əlaqələrini ortaya çıxarmaq istiqamətində əməliyyatlarını davam etdirir.

Prezident 
Rəcəb Tayyib Ərdoğan terror aktını şiddətlə qınadığını bəyan edib.

İstanbulu qana boyayanın kimliyi bilindi - VİDEO, FOTO
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

Baş nazirin köməkçisi 
Numan Kurtulmuş isə Sultan Əhməd Meydanında hücum haqqında məlumat verərəkən ölənlərin yaxınlarına başsağlığı verərək hadisə nəticəsində ölənlərin çoxunun xarici vətəndaşlar olduğunu bildirib.

İstanbulu qana boyayanın kimliyi bilindi - VİDEO, FOTO
Numan Kurtulmuş

Bu gün Türkiyənin İstanbul şəhərində, Sultan Əhməd məscidi qarşısında güclü partlayış olub. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Üzərində bomba olan bir şəxs məscidin qarşısında toplaşmış çoxlu sayda insanın arasına girərək özünü partladıb.

İstanbulu qana boyayanın kimliyi bilindi - VİDEO, FOTO
Partlayış baş verən ərazi

Sonuncu dəfə bu ərazidə partlayış 3 gün əvvəl olub. Bir nəfər üzərində bomba polis şöbəsinə yaxınlaşaraq özünü partladıb. Nəticədə bir polis ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Ötən il oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada dəhşətli partayış baş verib. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 300-ə yaxın insan isə xəsarət alıb.Partlayış bir qrup insanın Ankara şəhərində dəmir yolu stansiyası yaxınlığında mitinq üçün toplaşdığı vaxt baş verib.Bu hadisədən sonra Türkiyədə 3 günlük matəm elan edilib. 

İstanbulu qana boyayanın kimliyi bilindi - VİDEO, FOTO
Partlayış baş verən ərazi xəritədə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR