Logo

Kəlbəcər sakinlərinin doğma şəhərə ilk səfəri başladı

Kəlbəcər sakinlərinin doğma şəhərə ilk səfəri başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bir qrup Kəlbəcər sakini ilk dəfə doğma şəhərinə yola düşüb.

Sfera.az xəbər verir ki, səfər zamanı sakinlər öz şəhərlərini ziyarət edəcəklər.

Sakinlər Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə yola düşüb.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Səfər proqramı çərçivəsində sakinlər "Tunel qətliamı"nın baş verdiyi əraziyə gül dəstələri qoyacaq, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə ziyarət də təşkil ediləcək.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR