Nazir qazilər üçün təmin edilən protezlərin qiymətini AÇIQLADI

Nazir qazilər üçün təmin edilən protezlərin qiymətini AÇIQLADI
"Bugünədək 7 mindən çox şəxs sosial-psixoloji, reabilitasiya xidmətləri ilə təmin olunub”.

Sfera.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AZTV-nin "Hədəf” proqramına müsahibəsində deyib.

"Ən önəmli istiqamətlərdən biri odur ki, əzalarını itirmiş qazilərimiz üçün dünyada mövcud olan ən müasir dördüncü nəsil elektron protezlər təmin edilib.

Rəqəm olaraq qeyd edim ki, öz əzalarını itirən 182 qazimiz var. Artıq onlardan 140-ı protezlərlə təmin olunub. Bu protezlərin dəyəri belədir: itirilən əzanın oynaqlarının sayına görə 30-100 min manat arasında aşağı əzalar üçün, 100-250 min manat arasında yuxarı əzalar üçün sərf olunur.

Bunu tam şəkildə dövlət əvəzsiz olaraq ödəyir. Onların təkrar həyata inteqrasiyası, cəmiyyətdə öz yerlərini tam tapmaları, eyni zamanda, onların sosial və peşə reabilitasiyaları üçün əhəmiyyət kəsb edən proqram uğurla icra olunur”, - nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...