Logo

ETSN: Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur

ETSN: Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur.

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR