Yoluxma sayı bu tarixdən azalacaq - Riyazi ANALİZ
Kateqoriya məlum deyil
"Gələn həftənin sonu ölkə ərazisində koronavirusa yoluxma sayında azalma olacaq".
Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bu dəyərləndirmənin riyazi analiz olduğunu diqqətə çatdırıb:
"Öncəki yoluxma dalğalarını, yoluxma sayını nəzərə alsaq, riyazi və statistik analiz nəticəsində belə qənaətə gəlmək olar ki, bu həftənin sonu, gələn həftənin əvvəlindən yoluxma sayı azalmağa başlayacaq, gündəlik rəqəmlərdə yoluxub-sağalan vətəndaşlarımızın sayı yeni yoluxanların sayından daha çox olacaq. Təqribən oktyabrın ortalarına yoluxma sayı xeyli aşağı düşəcək.
Bir daha: Bu tibbi proqnoz deyil, statistik, rəqəmsal analizdir. Hər bir halda özünüzü və yaxınlarınızı qoruyun, görək bu işlərin axırı nə olacaq..".
Əzizə Zeynal
Sfera.az






