Bu marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edildi
Kateqoriya məlum deyil
Nazim İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib.
Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq: "Sakit Qocayev, Əhməd Mehbalıyev və Zaur Şərifov küçələrindən keçməklə müəyyən edilib".







