Logo

Birinci Qarabağ müharibəsində itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərin sayı açıqlandı

Birinci Qarabağ müharibəsində itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərin sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hazıra kimi məlumat vermir".

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Bu barədə Sfera.az-a Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir: "Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır”.

Məlumata görə, araşdırmalar təsdiq edir ki, Birinci Qarabağ müharibəsində 52 ailənin 2-dən 7-dək üzvü itkin düşüb:

"İtkin düşən şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilən ərazilərdə qalıblar.

Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hazıra kimi məlumat vermir". // "Report"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR