Logo

Milli Məclisin deputatları tətildən qayıdıblar

Milli Məclisin deputatları tətildən qayıdıblar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Milli Məclisinin deputatları bu gün tətildən qayıdıblar.

Sfera.az xəbər verir ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabr ayından başlanılacaq.

Konstitusiyaya uyğun olaraq, Milli Məclis hər il yaz və payız sessiyalarına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR