Azərbaycandan Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Sentyabrın 1-dən... - VİDEO
Sfera.az xəbər verir ki, ölkəmizdən Rusiyaya təyyarə ilə səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minir. Azərbaycandan bu ölkəyə yerinə yetirilən bütün aviareyslərdə yeni giriş qaydaları cari ilin 1 sentyabr tarixindən tətbiq olunacaq.
AZAL-ın nümayəndəsi Nərminə Xəlilova bildirib ki, bu siyahını mobil tətbiq üzərindən rahat şəkildə tapmaq mümkündür. Eyni zamanda aviaşirkətin veb saytında bu klinikaların sıyahısı qeyd olunub. Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir.
Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. "Ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaq",- deyə AZAL rəsmisi əlavə edib.
(xezerxeber.az)






