Daha bir erməni hərbçinin meyiti Cəbrayılda tapıldı
Kateqoriya məlum deyil
Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.
Bu barədə Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir.
Hərbçinin qalıqları Cəbrayıl rayonu ərazisində aşkarlanıb.
Erməni hərbçinin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.
Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 652-yə yüksəlib






