Logo

İsmayıllı rayonunda “Azəriqaz” İstehsalat Birliyinin sayca 8-ci “Açıq mikrofon” aksiyası keçirilib

İsmayıllı rayonunda “Azəriqaz” İstehsalat Birliyinin sayca 8-ci “Açıq mikrofon” aksiyası keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azəriqaz” İstehsalat Birliyinin sayca 8-ci "Açıq mikrofon” aksiyası İsmayıllı rayonunun Enişdibi kəndində baş tutub.

Sfera.az xəbər verir ki, İsmayıllı  rayon icra hakimiyyətinin başçısı bununla bağlı paylaşım edib.

Bildirilir ki, tədbirdə Birliyin baş direktoru Ruslan Əliyev, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov, "Azəriqaz” İB yanında yaradılan İctimai Şuranın sədri Xəyal Bəşirov və İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı  iştirak edərək sakinlərin qayğıları ilə maraqlanıblar.

"Səyyar qəbul otağı”na üz tutan vətəndaşlar "Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək öz problem və təkliflərini səsləndirdilər. Baş direktor Ruslan Əliyev yerində bütün şikayətlərə reaksiya verərək kəndin qazlaşdırılması ilə bağlı göstərişlərini verdi.

Qeyd edək ki, bu aksiya artıq 5-ci dəfədir ki, regionlarda təşkil olunur.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR