Logo

Latın Amerikasından olan bir qrup jurnalist Ağdamda oldu - FOTO

Latın Amerikasından olan bir qrup jurnalist Ağdamda oldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Latın Amerikasında fəaliyyət göstərən nüfuzlu media nümayəndələri işğaldan azad olunmuş Ağdam şəhərində olublar.

Sfera.az verdiyi məlumata görə, qonaqların Ağdama səfəri Pənahəli xanın imarətini ziyarət etməklə başlayıb.

Qonaqlar orada xan nəslinin nümayəndələrinin məzarlarının dağıdılması barədə məlumatlandırılıb. Eyni zamanda onlara abidənin ermənilər tərəfindən donuz saxlanıldığı yer kimi istifadə edildiyi barədə məlumat verilib.

Qeyd edək ki, səfərdə Meksikanın "El Universal" qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "İmpacto Mundo" telekanalının aparıcısı və bir neçə agentliyin müxbiri olan Roberto Trobaxo, Perudan tanınmış jurnalist, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes və Perunun nüfuzlu "La Razon" qazeti və "Prensa21" xəbər portalının direktoru olan Karlos Linares və Kosta-Rikadan "Horizontes TV" kanalının aparıcısı Denis Mora Qusman iştirak edib.

Turan

Sfera.az

Latın Amerikasından olan bir qrup jurnalist Ağdamda oldu - FOTO
Latın Amerikasından olan bir qrup jurnalist Ağdamda oldu - FOTO

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR