Bakıda güclü yanğının səbəbi bilindi — YENİLƏNİB + VİDEO
Kateqoriya məlum deyil
Bakıda "Sovetski” adlanan ərazidə yanğın baş verib.
60 kv.m-lik sahədə, təkər sexində qeydə alınan yanğın ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verib.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Bakıda "Sovetski” adlanan ərazidə yanğın baş verir.
Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə” kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.






