Logo

Bakıda günəş enerjisi ilə piyada keçidinin işıqlandırılmasına başlanıldı

Bakıda günəş enerjisi ilə piyada keçidinin işıqlandırılmasına başlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində günəş enerjisi ilə işləyən xüsusi qurğulardan istifadə olunmaqla eyni səviyyəli piyada keçidinin işıqlandırılmasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, piyada keçidinin işıqlandırılmanın nəticəsində günün qaranlıq saatlarında, həmçinin pis hava şəraitində yol nişanlamalarının görünən olması təmin edilib, təhlükəsizlik səviyyəsi artırılıb, piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin baş vermə riski azaldılıb.

Bundan başqa, sözügedən ərazidə piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün yeni səki və panduslar da inşa olunub.

Mərhələli şəkildə günəş enerjisi ilə işləyən bu tip xüsusi qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR