Əlixan Zeynalovun qanunsuz “prava” biznesi çiçəklənir - ŞOK FAKTLAR
Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bununla bağlı ciddi tədbirlər görmür. Belə qurumlardan biri də korrupsiyanın tüğyan etdiyi Lənkəran RQİŞ-dir. Lənkəran MERO-sunda sürücülük vəsiqəsi verilmir, satılır.
Bura sanki sürücülük vəsiqəsi almağa gələnlər, sanki mal bazarına gəlirlər. Uzun illərdirdir 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi işləyən Əlixan Zeynalov dövlət idarəsində əsl bazar mühiti yaradıb. Yenilik.az-a daxil olan məlumata görə, Lənkəran Regional MERO-sunda sürücülük vəsiqəsinin qiyməti 800-1000 manat aralığında dəyişir.
Bu idarədə hökm sürən özbaşnalıqdan,qanunsuzluqdan əziyyət çəkən vətəndaşların Yenilik.az-ın əməkdaşımıza dediklərinə görə, maşınlarını texniki müayinədən keçirtmək üçün buraya gələnləri Ə.Zeynalov əməlli-başlı peşman edir. Belə ki, onlar şöbənin ərazisinə yox, birbaş Masallıya göndərilirlər və orada rəisin adamlarından ibarət olan xüsusi maklerlər vətəndaşlardan,özlərinin müəyyən etdikləri pulu almamış sürücülərə sənəd-zad verilmir.
Bundan başqa nömrə, sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə, ondan çox haqq alınır. Qeyd edilir ki,qanunu tələb edən sürücülər rəisin adamları tərəfindən təyziqlərə məruz qalırlar. Bildiyiniz kimi, oğurluq maşınları qeydiyyatdan keçirtdiyinə görə Ə.Zeynalov bir müddət əvvəl nazirdən töhmət də almışdır.
Sürücülük vəsiqəsini qanuni şəkildə ala bilmədikləri üçün maklerlərə müraciət edən vətəndaşların dediklərinə görə həmin maklerlər bildirirlər ki, bu pulun yalnız cüzi bir qismi onlara çatır, qalanının hamısını rəisə verirlər.
"Görün bu adam necə böyük bir şəbəkə qurub ki, şikayətçi adamlara bu cür dərs vermək iqtidarındadır. Yalandan salırlar kompyuterə, guya imtahan verirsən, amma pulunu verməsən, bütün suallara yüz faiz düzgün cavablar yazsan belə keçə bilməyəcəksən. Buna görə də kompyuterlə imtahan da boş şeydir, sadəcə oyun, görüntüdür. Necə deyərlər, pulunu ver, musiqini sifariş et. Lənkəran MERO-sunda real vəziyyət belədir. Onun korrupsiyadan yığdığı məbləğin həddi-hüdudu yoxdur. Dövlət orqanları Lənkəran 5 saylı RQİ barəsinin rəisi haqda ciddi ölçü götürməlidirlər” - Masallı rayonundan olan şikayətçilərdən biri məktubunda bildirir.
Görünür Ə.Zeynalov Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa son qoyulması ilə bağlı sərt çıxşılarından düzgün nəticə çıxara bilməyib. Əgər nəticə çıxarsaydı Lənkəranda "prava”nın qiymətini dolların kursuna uyğun olaraq qaldırmazdı. Yenilik.Az-a daxil olan məlumata görə Ə.Zeynalov dolların son günlər bahalaşmasından sonra "prava”nın qiymətini bir az da artırmağa hazırlaşır. Maklerlərə artıq bu barədə göstəriş də verilib ki, BC kateqoriyalı "prava” üçün 1300 manat alsınlar.
Görəsən bu cür özbaşnalıqlar edən Ə.Zeynalov bunları kimlərə arxayın olub edir?! Yaxın saatlarda bu haqda və bir neçə Masallı sakininin Ə.Zeynalovun idarəsində üzləşdiyi korrupsiya halları haqda ilginc məlumatları saytımızdan oxuya biləcəksiniz.
Növbəti araşdırmamızda bunları biləcəksiniz:
-MERO-nun rəisinə daxili işlər naziri niyə töhmət verib?
-Lənkəran MERO-da oğurluq maşınlar necə qeydiyyata alınır?
-Azərbaycanın cənub bölgəsində avtomobillərdə 444 nömrələri kimlərə məxsusdur?
-Ə.Zeynalov hansı müğənnilərə "prava” və bahalı nömrə hədiyyə edib?






