Logo

İtkin düşən neftçinin meyiti Bakıya gətirildi

İtkin düşən neftçinin meyiti Bakıya gətirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçinin meyiti Bakıya gətirilib.

Bu barədə ANS PRESS-ə 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Onun sözlərinə görə, dünən Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi tərəfindən cəsədi tapılan neftçi 1958-ci il təvəllüdlü Mübariz Dilqəm oğlu Qasımovun meyiti axşam saatlarında vətənə gətirilib.

“Meyiti gətirmək üçün SOCAR-la FHN-in əməkdaşları ilə yanaşı, istintaq komitəsinin nümayəndələri də ora yola düşmüşdü. Artıq onlar Bakıya qayıdıb. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılacaq. Orada tibbi müayinə edildikdən sonra isə dəfn edilmək üçün ailəsinə təhvil veriləcək”, - deyə Oqtay Bayramov bildirib.

İtkin düşən neftçinin meyiti Bakıya gətirildi

Mərhum Mübariz Dilqəm oğlu Qasımov paytaxtın Xətai rayonu ərazisində yaşasa da, əslən Tovuz rayonundan olduğu üçün, doğulduğu rayonda dəfn ediləcək.

1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti dünən günorta saatlarında tapılıb. Cəsədin üzərində olan xüsusi geyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.

Bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb. 

İtkin düşən neftçinin meyiti Bakıya gətirildi
Türkmənistanın xəritəsi

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. Güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

İtkin düşən neftçinin meyiti Bakıya gətirildi
Yanan platforma

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub. İlk gün bir nəfər ölüb. İtkin düşmüş 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb. Daha bir nəfərin meyiti (Qasımov İman Şura oğlu) isə dekabrın son günlərində tapılıb. 

Bayram ərəfəsində daha iki neftçinin meyiti aşkarlanıb. Meyitlər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğluna məxsus olub.

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Budkada 3 nəfər olub.

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardır: 

Rzaxanov Edik Rivazin o. 15.01.1983
Babazadə Tural Fətəli o. 01.09.1993
Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
Qasımov Bayram Mirzəağa o. 20.03.1978
Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
Niyazov Seyfəddin Abil o. 09.02.1968
İskəndərov İnqilab Osman o. 29.11.1957
Mayborda Oleq Akimoviç 21.11.1971
Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
İbrahimov Xalid Bəşir o. 12.08.1971
Həsənov Zaur Vahid o. 24.12.1975
Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
Hüseynov Bəhlul Sirac o. 25.11.1969
Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
Xəlilov Zaur Arif o. 15.09.1975
Sahmarov Sahib Güloğlan o. 02.08.1973
Əliyev Əyyub Xəlil o. 22.07.1973

Neft daşlarında itkin düşənlər:
1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev
1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov 
1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR