Logo

Ötən gün COVID-19 pasportu olmayan 16 nəfər toy şənliyinə buraxılmadı

Ötən gün COVID-19 pasportu olmayan 16 nəfər toy şənliyinə buraxılmadı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avqustun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Sfera.az-a bildirilib ki, monitorinq 5 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 16 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR