Rayonlarda da mülki geyimdə polislər yoxlamalara başladı - Fotolar
Kateqoriya məlum deyil
Masallıda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yoxlama-nəzarət tədbirləri davam etdirilir.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, bu məqsədlə ictimai nəqliyyatda və qapalı məkanlarda keçirilən reydlərdə artıq mülki geyimdə olan polis əməkdaşları da iştirak edir.
Tədbirlər zamanı istər ictimai nəqliyyatda, istərsə də yoluxma riskinin çox olduğu market və mağzalarda karantin rejim qaydalarından irəli gələn tələbləri pozan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür, tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı tövsiyyələr verilir.









