Logo

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nazirlər Kabineti Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edib.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, bu müddət sentyabırın 1-dək uzadılıb.

Bundan əvvəl müddətli əlavələrin avqustun 1-dək ödənilməsi nəzərdə tutulmuşdu.

***

Baş nazir Əli Əsədovun digər qərarı ilə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti sentyabrın 1-dək uzadılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR