Logo

“Davam” beynəlxalq əlaqələrini Prezident mükafatçısına tapşırdı

“Davam” beynəlxalq əlaqələrini Prezident mükafatçısına tapşırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Sabir Rüstəmov təhsil müəssisələri ilə iş üzrə katib vəzifəsindən azad edilərək beynəlxalq əlaqələr üzrə katib - beynəlxalq saziş və müqavilələrin bağlanması üzrə İdarə Heyəti sədrinin səlahiyyətli nümayəndəsi vəzifəsinə yüksəlib.

Sfera.az-a verilən məlumata görə, Sabir Rüstəmov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci” mükafatına, Bakı Dövlət Universiteti tərəfindən "İlin tələbəsi” adına və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Qeyd edək ki, S. Rüstəmov "Davam" Gənclər Hərəkatını təsis edən 8 təşəbbüskar gəncdən biri, həmçinin YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət İdarə Heyətinin üzvüdür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR