Logo

Bakını dəyişdirən görüntüyə az qaldı

Bakını dəyişdirən görüntüyə az qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaxın vaxtlarda ölkədəki göllərin ekoloji bərpasına başlanılacaq.

"Yaxın vaxtlarda Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsinə başlanılacaq. Hazırda göldə müvafiq işlərin aparılması üçün sənədləşdirmə prosesi həyata keçirilir. Yəni layihədə nələrin olacağı, layihənin smetası, mühəndis işləri ilə əlaqədar lazımı sənədlər hazırlanır. Sənədləşmə işi tam başa çatdıqdan sonra isə gölün dibinin təmizlənilməsinə başlanılacaq".

Bakını dəyişdirən görüntüyə az qaldı

Bu barədə açıqlamanı ANS PRESS-ə 
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev verib. Ümumiyyətlə Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edir. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. 

Bakını dəyişdirən görüntüyə az qaldı
Abbas Əliyev - İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Bu gölün ekoloji bərpasının ilk mərhələsi 2014-2015-ci illərdə həyata keçirilib. Nəticədə Olimpiya stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazi bərpa olunub, yəni neftlə çirklənmiş sahə təmizlənərək abadlaşdırırlıb. Ərazinin qərb sərhədini müəyyən edən altı xətli magistral şose isə Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi şosesi ilə birləşərək nəqliyyatın yükünü xeyli azaldıb.

Bakını dəyişdirən görüntüyə az qaldı
Böyükşor gölü

Paralel olaraq bu cür işlər 
Zığ gölündə də aparılır. Burada da sənədləşmə işləri başa çatdıqdan sonra çirklənmiş ərazilər təmizlənəcək. Yerində isə yaşıllıq zolaqları salınaraq abadlıq işləri görüləcək.

Ölkədə "Ekalogiya ili" elan olunmasından artıq 5 il ötsə də bölgələrlə paralel paytaxtda da, ağacəkmə aksiyası hələ də davam edir. Bu cür aksiyalar əsasən ildə iki dəfə yaz və payız fəsillərində keçirilir. Buna səbəb əkilən ağacların mövsümə uyğun bitməsidir. 
ETSN -nin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanovun sözlərinə görə paytaxtdaki yaşıllıq zolaqları Yaşıllaşdırma idarəsi tərəfindən mütəmadi aparılır. 

"Əsasən meşə əmələ gətirən palıd, vələs, fıstıq, akasiya, söyüd ağacları əkilir. Sözsüz ki, iqlim şəraiti nəzərə alinaraq bu ağacların əkilməsi həyata keçirilir. Bunun üçün əlimizdə illik plan olur, plana müvafiq ağaclar əkilir. Məsələn, 3 ha sahədə əkin işləri görülməlidisə, ağacların bitmə prosesinə uyğun olaraq bu işlər iki mərhələdə aparılır. Yəni plandakı ərazidə ağaclar hissə-hissə əkilir", - deyə Sadiq Salmanov bildirdi.

Bakını dəyişdirən görüntüyə az qaldı
Gəncədə ağacəkmə aksiyası

Təkcə ötən il departament əməkdaşları tərəfindən 10141 ha ərazidə meşə zolaqları salınıb. Bunun 2636 ha-ı əkin-səpinin, yerdə qalan digər hissə isə rekonstruksiya işlərinin üzərinə düşüb. 

Bakını dəyişdirən görüntüyə az qaldı

Ekoloji tədbirlərin mütəmadi aparılmasının vacibliyi dövlət başçısının keçirdiyi sonuncu iclasda da vurğulanıb. Ötən il 4 milyondan çox ağac əkildiyini deyən prezident, bu siyasətin davamlı aparılmasını zəruri hesab edib.

"Bu siyasət davam etdirilməlidir. Yadımdadır, əvvəllər biz buna kampaniya deyirdik, “Ekologiya ili”ndə biz bu işə fəal başlamışdıq. Ancaq hələ o vaxt mən deyirdim ki, bu, kampaniya olmamalıdır, bu, daimi proses olmalıdır. Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalıdır. "

Bakını dəyişdirən görüntüyə az qaldı
İlham Əliyev - Azərbaycan prezidenti

Ölkə başçısı çıxışı zamanı Böyükşor və Zığ gölünün təmizlənməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin ötən il uğurla həyata keçirilib..Hazırda qarşıda duran əsas məsələ hər iki gölün çirkli sahələrdən təmizlənməsidir.Buna görə dövlət büdcəsində bu məqsədlər üçün vəsait toplanılmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR