Daha bir restoran qaydaları pozdu
Kateqoriya məlum deyil
Zaqatalanın Yuxarı Tala kəndində yerləşən "Sərin” restoranında karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.
DİN-dən Sfera.az-a verilən məlumata görə, aparılan yoxlama zamanı restoranda təşkil edilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Cavid Cumayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.






