Uşaqlara görə bu qədər müavinət verilib
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilib.
Bundan əlavə, müxtəlif kateqoriyalı şəxslərin 8,7 min ailəsinə 13,3 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 341 şəxsə isə kompensasiya verilib.
Cari ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 32,9 min ailəyə 33,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,2 min nəfərə birdəfəlik müavinətlər verilib.






