Dünyanın bir nömrəli cinayətkarının tutulma anı - VİDEO- Foto
Kateqoriya məlum deyil
Qusman narko ticarətlə məşğul olan "Sinaloa" kartelinə rəhbərlik edib.
İnternetdə Meksika polisi tərəfindən “Bəstəboy” ləqəbli məşhur narkobaron Xoakin Qusmanın tutulmasının video görüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, Qusman narko ticarətlə məşğul olan "Sinaloa" kartelinə rəhbərlik edib.
"Sinaloa" Meksikanın ən böyük narkokarteli sayılır. ABŞ-dakı kokain "bazar"ına təkbaşına rəhbərlik edən "Bəstəboy"un kartelinin gündəlik gəliri 323 milyon dollar civarında olduğu bildirilir. Karteldə 1500-ə yaxın cinayətkarın olduğu qeyd olunur.

Xoakin Qusman - Dünyanın ən varlı, ən təhlükəli “xaç atası”
Dünyanın bir nömrəli narkobaronu sayılan Xoakin yanvarın 8-də keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilib. “Bəstəboy”un həbs anı xüsusi bölmə əsgərlərindən birinin başında olan dəbilqəyə yerləşdirilən “GoPro” kamerası ilə çəkilib. Əməliyyatın gedişatında “Bəstəboy”un mühafizəçilərindən beş nəfəri öldürülüb, daha altı nəfər isə onunla birgə saxlanılıb.

“Bəstəboy” 2015-ci il ən güclü qorunan həbsxanadan tünel qazaraq qaçmağı bacarmışdı. Onun həbs olunmasından sonra “Missiya yerinə yetirildi, biz onu yaxaladıq. Xəbər vermək istəyirəm ki, Meksika vətəndaşı Xoakin Qusman Loera saxlanılıb”, - deyə Meksika prezidenti "Tvitter" hesabında yazmışdı.